Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə21/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   18   19   20   21   22   23   24   25   26
10.9.6. NKA istismarı məsələlərinə dair istehlakçılardan arayış və izahat almaq;10.9.7. NKA istismarı qaydalarını pozduqlarını, bu pozuntuların aradan qaldırılması üzrə tədbirləri göstərməklə, istehlakçılara xəbərdarlıq etmək.10.10. Servis texniki xidmət mərkəzi Azərbaycan Respublikasının qüvvədə olan qanunçuluğuna müvafiq olaraq aşağıdakı hallarda məsuliyyət daşıyır:10.10.1. STXM-də uçota alınmayan NKA-ya servis texniki xidmət göstərdikdə və təmir etdikdə;10.10.2. Nəzarət-kassa aparatlarının plomblanması və plomblarının açılmasının müəyyən olunmuş qaydalarının pozulmasına yol verdikdə.Azərbaycan Respublikası Nazirlər Kabinetinin1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilətəsdiq edilmişdir.Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsiQAYDASI 1. Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin «NKA üzrə ekspert komissiyasının yaradılması haqqında» 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarının 5-ci bəndinə əsasən hazırlanmışdır.2. Fəaliyyət növünə olduğu yerin xüsusiyyətinə görə NKA-nın tətbiqindən müəyyən olunmuş qaydada azad edilməmiş müəssisələr (o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər, onlar tərəfindən ticarət əməliyyatı və ya xidmət göstərildiyi halda), təşkilatlar və idarələr, onların filialları və bölmələri (bundan sonra — müəssisələr) Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formada ərizə ilə fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarına müraciət edirlər. Ərizəyə qeydiyyatdan keçirilən NKA-nın pasportları əlavə olunur. 10 may 2004-cü il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 05, maddə 382) ilə "Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi qaydası"nda yeni əlavə və dəyişikliklər edilmişdir. 2-ci bənddə "qəbul olunmuş" sözləri "Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş" sözləri ilə əvəz edilmişdir və həmin bəndlərdə "(əlavə olunur)" sözləri çıxarılmışdır.28 sentyabr 2012-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 941) ilə “Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi Qaydası”nın 2-ci hissəsindən “və olduğu yerin xüsusiyyətinə” sözləri və ikinci cümlə çıxarılmışdır. 3. Vergi orqanları ərizənin verildiyi vaxtdan 5 gündən gec olmayaraq müəssisənin təqdim etdiyi məlumatları yoxlayıb NKA-nı qeydiyyatdan keçirir. 10 may 2004-cü il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 05, maddə 382) ilə "Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi qaydası"nda yeni əlavə və dəyişikliklər edilmişdir. 3-cü bənddə "qəbul edilmiş" sözləri "Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş" sözləri ilə əvəz edilmişdir və həmin bəndlərdə "(əlavə olunur)" sözləri çıxarılmışdır.28 sentyabr
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin