Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.99 Mb.
səhifə22/26
tarix16.10.2017
ölçüsü0.99 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   26
2012-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 941) ilə “Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi Qaydası”nın 3-cü hissəsində “NKA-nın Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formadakı qeydiyyat kitabına NKA barədə məlumatları daxil etməklə” sözləri "NKA-nı” sözü ilə əvəz edilmişdir.4. NKA-lar qeydiyyatdan keçirildikdən sonra vergi ödəyicisi müraciət edərsə, ona forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş qeydiyyat vərəqəsi verilir. 10 may 2004-cü il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 05, maddə 382) ilə "Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi qaydası"nda yeni əlavə və dəyişikliklər edilmişdir. 4-cü bənddə "müəssisə" sözündən sonra "forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş" sözləri əlavə edilsin və "(əlavə olunur)" sözləri çıxarılmışdır.28 sentyabr 2012-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 941) ilə “Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi Qaydası”nın 4-cü hissəsi yeni redaksiyada verilmişdir.əvvəlki redaksiyada deyilirdi:4. NKA-lar qeydiyyatdan keçirildikdən sonra vergi orqanları tərəfindən müəssisəyə forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş qeydiyyat vərəqəsi verilir.5. Nəzarət-kassa aparatların digərləri ilə dəyişdirildiyi və ya əlavə aparat quraşdırıldığı halda, onların istifadəyə verildiyindən sonrakı gündən gec olmayaraq yeni aparatların qeydiyyatdan keçirilməsi və əvvəl qeydiyyatdan keçirilənlərin qeydiyyatdan çıxarılması haqqında müəssisə vergi orqanına ərizə verməlidir.6. Nəzarət-kassa aparatlarının dəyişdirilməsi haqqında müəssisənin ərizəsini almış vergi orqanı, onları bu qaydada müəyyən olunmuş müddətdə qeydiyyata alır, istifadədən götürüləni uçotdan çıxarır və müəssisəyə nəzarət-kassa aparatlarının vergi orqanında qeydiyyatdan keçməsi barədə yeni qeydiyyat vərəqəsi verir.7. Müəssisə yenidən qeydiyyatdan keçdikdə, habelə nəzarət-kassa aparatlarının müəssisənin istifadəsindən çıxarıldığı bütün digər hallarda da vergi orqanının qeydiyyatından çıxarılmalıdır. Bununla yanaşı, nəzarət-kassa aparatını vergi orqanı müəssisənin ərizəsi üzrə qeydiyyatdan çıxarır. Nəzarət-kassa aparatlarının qeydiyyat vərəqəsində bu barədə müvafiq qeydiyyatlar aparılır və bunlar vergi orqanının qeydiyyat üçün məsul vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 28 sentyabr 2012-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 941) ilə “Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi Qaydası”nın 7-ci hissəsinin sonuncu cümləsi çıxarılmışdır.8. Nəzarət-kassa aparatlarının elektron üsulla qeydiyyata alınması və qeydiyyatdan çıxarılması qaydalarını Vergilər Nazirliyi müəyyən edir. 28 sentyabr 2012-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 941) ilə “Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi Qaydası”nın 8-ci hissəsi yeni redaksiyada verilmişdir.əvvəlki redaksiyada deyilirdi:8. Nəzarət-kassa aparatlarının qeydiyyat vərəqəsi aparatların istismarda olduğu bütün müddət ərzində, eləcə də nəzarət-kassa aparatının vergi orqanında qeydiyyatdan çıxarıldıqdan sonra 2 il ərzində müəssisədə saxlanılmalı və tələb olunan hallarda nəzarət-kassa aparatlarının tətbiqi üzərində nəzarəti həyata keçirən vergi orqanının və digər təşkilatların nümayəndəsinə göstərilməlidir.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə