Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə7/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   2   3   4   5   6   7   8   9   10   ...   26
Azərbaycan Respublikası Nazirlər Kabinetinin1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilətəsdiq edilmişdir.Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqındaƏSASNAMƏ 1. Ümumi müddəalar 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 1.3-cü, 2.2.4-cü bəndlərində, 3-cü bölmənin adında, 3.1-ci və 3.2-ci bəndlərində ismin müvafiq hallarında "Agentliyi" sözü ismin müvafiq hallarında "Komitəsi" sözü ilə əvəz edilmişdir. 1.1. Əsasnamə aşağıdakı direktiv sənədlərin icrasını yerinə yetirmək məqsədilə hazırlanıb:Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 fevral tarixli 109 nömrəli «Azərbaycan Respublikasında pul dövriyyəsini yaxşılaşdırmaq üçün əlavə tədbirlər haqqında» Fərmanı;Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli «Respublikada pul dövriyyəsinin nizama salınması tədbirləri haqqında» qərarı;Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyul tarixli 138 nömrəli «Nəzarət-kassa aparatlarının tətbiq olunması üçün sahələrarası ekspert komissiyasının yaradılması haqqında» qərarı;Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli «Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında» qərarı.1.2. Əsasnamənin məqsədi nəzarət-kassa aparatlarının (sonra NKA) satışı, istismarı, servis texniki xidməti və təmiri ilə məşğul olan müəssisələrin və təbəqələrin effektiv işləməsi, əhali ilə pul hesablaşmasını NKA vasitəsi (o cümlədən elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti quraşdırılmış NKA) ilə aparan fiziki və hüquqi şəxslərin maraqlarının qorunmasıdır. 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 1.2-ci bənddə "vasitəsi" sözündən sonra "(o cümlədən elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti quraşdırılmış NKA)" sözləri əlavə edilmişdir.1.3. NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 1.3-cü bənddə "fəaliyyətlərə" sözündən sonra ", o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə" sözləri əlavə edilmişdir və həmin bəndə yeni abzas əlavə edilmişdir.nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası;Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və onun ərazi təşkilatları; 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin