Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılsın.
2. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2011-ci il.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Əsasnaməsi
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Dostları ilə paylaş: |