Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Gimnastika Kompleksinin tikintisi üçün ayrılması nəzərdə tutulmuş vəsaitin manat azaldılması hesabına,
Tofiq Bəhramov adına Respublika stadionunun əsaslı təmiri və yenidənqurma
işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə vəsait ayrılması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 380s
Bakı şəhəri, 23 noyabr 2011-ci il
“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Gimnastika Kompleksinin tikintisi üçün ayrılması nəzərdə tutulmuş vəsaitin 19999630 (on doqquz milyon doqquz yüz doxsan doqquz min altı yüz otuz) manat azaldılması hesabına, Tofiq Bəhramov adına Respublika stadionunun əsaslı təmiri və yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 19999630 (on doqquz milyon doqquz yüz doxsan doqquz min altı yüz otuz) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Dostları ilə paylaş: |