Maddə 123-1. Satış məqsədi olmadan narkotik xassəli tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası
Satış məqsədi olmadan narkotik xassəli tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsi, becərilməsi və ya yetişdirilməsinə yetişdirilməsi və ya toplanılmasına görə —
şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 oktyabr 2001-ci il Qanunu ilə əlavə edilmişdir, 17 aprel 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə düzəliş edilmişdir — AR QT, 2001, № 11, m. 698; «Azərbaycan» q., 30 iyun 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 124. Karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların daşınması
Xarici ölkələrdən gətirilmiş, karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların sərhəd, dəniz və çay limanlarından (körpülərindən), dəmir yolu stansiyalarından, avtovağzallardan (avtostansiyalardan), aeroportlardan və digər sərhəd məntəqələrindən daşınmasına görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on beş mislinədək beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən əlli mislinədək otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 125. Karantin tədbirlərinin və baytarlıq-sanitariya tələblərinin pozulması
Yoluxucu xəstəliklərin qarşısınının alınması üzrə karantin tədbirlərinin və baytarlıq- sanitariya tələblərinin, yaxud dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarının epizootiya əleyhinə dair qərarlarının pozulmasına görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.
Maddə 125. Baytarlıq haqqında qanunvericiliyin pozulması
125.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
125.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;
125.0.2. heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;
125.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;
125.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və digər qərarları icra etməməyə görə —
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 5 dekabr 2006-cı il tarixli Qanunu ilə yeni redaksiyada verilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə – «Azərbaycan» q., 30 dekabr 2006-cı il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 126. İt və pişik saxlama qaydalarının pozulması
Şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə —
şərti maliyyə vahidi məbləğinin beş mislindən iyirmi mislinədək beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 127. Qırmızı kitaba daxil olunmuş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olunmuş və xüsusi mühafizə olunan bitki və heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə —
şərti maliyyə vahidi məbləğinin otuz mislindən altmış mislinədək otuz manatdan altmış manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 128. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması
128.1. Zooloji kolleksiyaların yaradılmasının, zənginləşdirilməsinin, saxlanmasının, istifadəsinin, dövlət uçotuna alınmasının, Azərbaycan Respublikasına gətirilməsinin, onun hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən beş mislinədək altmış manatdan səksən beş manatadək miqdarda cərimə edilir.
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir. (202)
128.2. Zooloji kolleksiyalarla qanunvericiliklə müəyyən edilmiş ticarət qaydalarının pozulmasına görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. (202) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 129. Heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi, onların və digər heyvanlar aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi
129.1. Heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə —
şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx beş mislinədək iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.
129.2. Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə —
şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
XII fəsil
Hava, dəniz, çay, avtomobil, (177) və dəmir yolu nəqliyyatında dəmir yolu nəqliyyatında və metropolitendə (199) olan qaydalar əleyhinə inzibati xətalar
Maddə 130. Uçuş təhlükəsizliyi qaydalarının pozulması
130.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və nişanlı qurğulara oxşar hər hansı işarələr və qurğular yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə —
şərti maliyyə vahidi məbləğinin on mislindən otuz mislinədək on manatdan otuz manatadək miqdarda cərimə edilir.
130.2. Lazımi icazə olmadan Azərbaycan Respublikasının hava sahəsində istifadə edilməsi ilə bağlı olub uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketlərin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə —
şərti maliyyə vahidi məbləğinin on beş mislindən qırx mislinədək on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
130.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə —
şərti maliyyə vahidi məbləğinin on mislindən əlli mislinədək on manatdan əlli manatadək miqdarda cərimə edilir.
130.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə —
şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
130.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə —
şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
130.6. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə –
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən otuz mislinədək iyirmi manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 3 mart 2006-cı il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 1 aprel 2006-cı il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 130-1. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissələrinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə –
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən otuz mislinədək iyirmi manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
Maddə 130-2. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
130-2.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə -
vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.
130-2.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə -
vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
130-2.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə -
vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.
130-2.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə -
vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.
130-2.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə -
fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.(207)
Maddə 131. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və predmetlər daşınması və tarif qaydalarının pozulması
131.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşınması və tarif qaydalarının pozulmasına görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
131.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə —
göstərilmiş maddələri və predmetləri ödənişlə almaqla və ya onları müsadirə etməklə və ya etməməklə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 132. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması
132.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
132.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması
133.1. Hava gəmisində olan şəxslərin gəmi komandirinin sərəncamlarını yerinə yetirməməsinə görə —
şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
133.2. Hava gəmisində kompüter, fotoşəkil, kinoçəkmə və radiorabitə vasitələrindən müəyyən edilmiş xüsusi istifadə qaydalarının pozulmasına görə —
şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması
133.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin olunması məqsədi ilə gəmi kapitanının (yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə —
yüz manat miqdarında cərimə edilir.
133.2. Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə —
yüz manat miqdarında cərimə edilir.
133.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə —
iki yüz manat miqdarında cərimə edilir. (160)
Maddə 134. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə —
şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
yüz manat miqdarında cərimə edilir. (160) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 5 iyun 2008-ci il).
Maddə 135. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
135.1. Dəmir yolunun, qoruyucu meşəliklərin, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən əlli beş mislinədək otuz beş manatdan əlli beş manatadək miqdarda cərimə edilir.
135.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən altmış beş mislinədək qırx beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.
135.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə —
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli beş mislindən səksən mislinədək əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 136. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması
136.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə —
xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər atılmasına görə —
xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 137. Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi
Sərnişin vaqonlarının şüşələrinin və ya daxili avadanlığının, lokomotivlərin, dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə —
şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 138. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə —
xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 139. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması
139.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə —
şərti maliyyə vahidi məbləğinin on mislindən otuz mislinədək on manatdan otuz manatadək miqdarda cərimə edilir.
139.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə —
şərti maliyyə vahidi məbləğinin on beş mislindən qırx mislinədək on beş manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 140. Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə —
xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin beş mislindən on beş mislinədək beş manatdan on beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).
Maddə 140-1. Metropolitendən istifadə qaydalarının pozulması
140-1.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan «sərnişin-maşinist» rabitəsindən istifadə etməyə görə —
on manat miqdarında cərimə edilir.
140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə —
on beş manat miqdarında cərimə edilir.
140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə —
otuz manat miqdarında cərimə edilir.
140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan «Stop» açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə —
əlli manat miqdarında cərimə edilir.
140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə —
yetmiş manat miqdarında cərimə edilir.
140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə —
yüz manat miqdarında cərimə edilir. (199)
Dostları ilə paylaş: |