Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq



Yüklə 3,17 Mb.
səhifə5/33
tarix11.06.2018
ölçüsü3,17 Mb.
#53402
1   2   3   4   5   6   7   8   9   ...   33

Maddə 53-2. Dövlət Sosial Müdaifə Fonduna vəsait köçürməmə Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə (169)

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin (122) və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsinə (169) vəsait köçürülməməsinə görə —



şərti maliyyə vahidinin əlli mislindən doxsan mislinədək əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 1 iyun 2004-cü il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 10 avqust 2004; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 53-4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması

53-4.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətlərin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə –



şərti maliyyə vahidinin otuz beş mislindən səksən mislinədək otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

53-4.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın müvafiq icra hakimiyyəti orqanlarına verilməməsinə görə –



şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 17 aprel 2007-ci il tarixli, 317-IIIQD saylı Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 24 iyun 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 53-5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə

Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarından tutulmuş üzvlük haqlarının həmin idarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər. (123)

Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması

54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:

54.0.1. Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;

54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;

54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;

54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;

54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;

54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;

54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsinin və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;

54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;

54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;

54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə

şərti maliyyə vahidi məbləğinin qırx mislindən doxsan mislinədək miqdarda cərimə edilir

şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək min manatdan iki min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 20 dekabr 2007-ci il, «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 55. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi

İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə —



şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən min beş yüz mislinədək yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 20 dekabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 56. Əməyin mühafizəsi xidmətinin rəhbərinin və (152) mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi

İşəgötürən tərəfindən əməyin mühafizəsi rəhbərinin və (152) mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə —



şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin səkkiz yüz mislindən min altı yüz mislinədək səkkiz yüz manatdan min altı yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 20 dekabr 2007-ci il, «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 57. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi

Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə —



şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən əlli beş mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək min manatdan iki min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 20 dekabr 2007-ci il, «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 58. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması

Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə —



şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin min mislindən min beş yüz mislinədək min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 20 dekabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 59. Kollektiv danışıqların aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi

Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə —



şərti maliyyə vahidi məbləğinin əlli beş mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən min beş yüz mislinədək yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 20 dekabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 60. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə

Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə —



şərti maliyyə vahidi məbləğinin on mislindən otuz beş mislinədək on manatdan otuz beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 60-1. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər (Azərbaycan Respublikasının 1 oktyabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə – «Azərbaycan» q., 27 noyabr 2007-ci il, № 267; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

VII fəsil

Əhalinin sağlamlığı, sanitariya-gigiyena

və sanitariya-epidemioloji salamatlığı qaydaları

əleyhinə olan inzibati xətalar

Maddə 61. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə insanın immunçatışmazlığı virusuna (171) yoluxmuş şəxslərin müalicədən boyun qaçırması

Zöhrəvi xəstəliklərlə və ya HİV-lə insanın immunçatışmazlığı virusuna (171) yoluxması barəsində kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə —



şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 62. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə insanın immunçatışmazlığı virusuna (171) yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması

Zöhrəvi xəstəliklərlə və ya HİV-lə insanın immunçatışmazlığı virusuna (171) yoluxmuş şəxslə əlaqədə olmuş və profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə —



şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz iyirmi mislinədək səksən manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 63. Zöhrəvi xəstəliklə və ya HİV-lə yoluxma mənbəyinin gizlədilməsi

Zöhrəvi xəstəliyi olanlar tərəfindən yoluxma mənbəyinin və ya HİV-lə yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə —

şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 63. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə insanın immunçatışmazlığı virusuna (171) yoluxma mənbəyinin gizlədilməsi

63.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə —

şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

63.2. HİV-lə İnsanın immunçatışmazlığı virusuna (171) yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub HİV-lə insanın immunçatışmazlığı virusuna (171) yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə —

şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən dörd yüz mislinədək iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il tarixli Qanunu ilə yeni redaksiyada verilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 63-1. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması

63-1.1. Donor olmaq istəyən şəxs tərəfindən keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə —

şərti maliyyə vahidinin otuz mislindən otuz beş mislinədək otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

63-1.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə –

fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış beş mislinədək qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

63-1.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barəsində köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə –

fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış beş mislinədək qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli Qanunu ilə əlavə edilmişdir; Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 1 aprel 2006-cı il; «Azərbaycan» q., 30 dekabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 64. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olma

64.1. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə —



şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

64.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə —



şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 65. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması

Müəssisələrdə, idarələrdə və təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə —



şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 65-1. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması

65-1.0. Süni qida məhsullarının istehsalçıları və distribütorları tərəfindən körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni:

65-1.0.1. süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə;

65-1.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;

65-1.0.3. səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assasiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindn iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək beş yüz manatdan min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 yanvar 2004-cü il tarixli Qanunu ilə əlavə edilmiş, 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə düzəlişlər edilmişdir — «Azərbaycan» q., 1 fevral 2004, № 25; «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 66. Nəqliyyatda sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 66-1. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması

Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə-fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir. (171)

Maddə 67. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması zamanı sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normaların və qaydaların, normativlərin pozulması

Sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən yetmiş mislinədək qırx manatdan yetmiş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin