Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq



Yüklə 3,17 Mb.
səhifə6/33
tarix11.06.2018
ölçüsü3,17 Mb.
#53402
1   2   3   4   5   6   7   8   9   ...   33

Maddə 68. Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

68.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və s.) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən dörd yüz mislinədək iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

68.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən dörd yüz mislinədək iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2008-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 68-1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının, prekursorların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə —

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə

şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək üç yüz mislindən dörd yüz mislinədək üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə — on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri, onların analoqlarını və ya prekursorları könüllü surətdə təhvil verən şəxs bu qeyddə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir (Azərbaycan Respublikasının 12 oktyabr 2001-ci il Qanunu ilə əlavə edilmişdir, 17 aprel 2007-ci il və 12 fevral 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — AR QT, 2001, № 11, m. 698; «Azərbaycan» q., 30 iyun 2007-ci il; «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).



Maddə 68-2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsi

Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsinə görə —

şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 oktyabr 2001-ci il və 17 aprel 2007-ci il tarixli qanunları ilə əlavə edilmişdir — AR QT, 2001, № 11, m. 698; «Azərbaycan» q., 30 iyun 2007-ci il).

Maddə 68-3. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq

Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə —



şərti maliyyə vahidinin on mislindən on beş mislinədək yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 oktyabr 2001-ci il Qanunu ilə əlavə edilmişdir, 17 aprel 2007-ci il və 12 fevral 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — AR QT, 2001, № 11, m. 698; «Azərbaycan» q., 30 iyun 2007-ci il; «Azərbaycan» q., 8 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 68-4. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması (1)

68-4.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə

inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək miqdarda cərimə edilir.

68-4.2. Dərman vasitələrinin Həkim resepti əsasında buraxılan dərman vasitələrinin (165) reklam edilməsinə görə

vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarında doxsan manat, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli miqdarında üç yüz manat cərimə edilir.

Qeyd: bu maddədə «az miqdar» dedikdə, şərti maliyyə vahidi məbləğinin min mislinədək olan miqdarı min manatadək olan məbləğ başa düşülür (Azərbaycan Respublikasının 16 iyun 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 20 avqust 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 68-5. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması

Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına, etiketi üzərində istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməyən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının Azərbaycan Respublikasında satışa çıxarılmasına görə

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. (134)

Maddə 68-6. Rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına buraxma

Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına buraxılmasına görə

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (153)

Maddə 68-7. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadə və ya istifadəni təbliğ etmə

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya istifadəni təbliğ etməyə görə

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (153)

Maddə 68-8. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılması

68-8.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına görə

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

68-8.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (153)

Maddə 68-9. Dopinq nəzarəti qaydalarının pozulması

Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə

yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (153)

VIII fəsil

Mülkiyyət əleyhinə olan inzibati xətalar

Maddə 69. Xırda talama

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə —



şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək otuz beş manatdan qırx əlli manatdan səksən (205) manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Talanmış əmlakın dəyəri şərti maliyyə vahidi məbləğinin otuz mislindən otuz manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir.

Maddə 70. Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsi

Meşə fondu torpaqlarının özbaşına tutulmasına və ya istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz on mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min altı yüz mislindən dörd min səkkiz yüz mislinədək üç min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min altı yüz mislindən yeddi min səkkiz yüz mislinədək altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 71. Xüsusi razılıq (lisenziya) və ya icazə olmadan yerin təkindən istifadə etmə

Xüsusi razılıq (lisenziya) və ya icazə olmadan və ya lisenziyada həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min iki yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən səkkiz min mislinədək altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 9 oktyabr 2007-ci il və 6 noyabr 2007-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 2 noyabr 2007-ci il; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 72. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması

Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən qırx beş mislinədək qırx manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 73. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə

Lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən beş yüz mislinədək iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min iki yüz əlli mislinədək iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min mislindən yeddi min beş yüz mislinədək beş min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 74. Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulması

Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on beş mislindən qırx mislinədək on beş manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 75. Təsərrüfat əkinlərinin korlanması

Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını (kirşəni) sürməklə və ya digər üsullarla korlanmasına görə —



şərti maliyyə vahidi məbləğinin on beş mislindən otuz mislinədək on beş manatdan otuz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

IX fəsil

Ətraf mühitin mühafizəsi, təbiətdən

istifadə və ekoloji təhlükəsizlik qaydaları

əleyhinə olan inzibati xətalar

Maddə 76. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması

76.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min yeddi yüz əlli mislinədək iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on iki min beş yüz mislinədək yeddi min beş yüz manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

76.2. Ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir .

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min yeddi yüz əlli mislindən üç min beş yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il, 7 dekabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 30 dekabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 76-1. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması

76-1.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, yəni:

76-1.0.1. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;

76-1.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğuların, avadanlıqların və cihazların istismar qaydalarının pozulmasına;

76-1.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlıqların istismara verilməsinə;

76-1.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, habelə bu cür texnoloji avadanlıqların idxal edilməsinə;

76-1.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;

76-1.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən yeddi yüz əlli mislinədək üç yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən dörd min mislinədək iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 12 fevral 2002-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» qəzeti, 31 mart 2002-ci il, № 72; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin