Maddə 144-1. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, gəmini müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata alınmasına və ya gəmi reyestlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə —
-
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. (11, 119)
Maddə 145. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə—
-
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 146. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
146.1. Dəniz və çay nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə—
-
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
146.2. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə—
-
xəbərdarlıq edilir və ya beş manatdan on manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |