|
Maddə 149. Nəqliyyatda biletsiz getmə
|
səhifə | 108/342 | tarix | 02.01.2022 | ölçüsü | 1,58 Mb. | | #11968 |
| Maddə 149. Nəqliyyatda biletsiz getmə
149.1. Trolleybusda, tramvayda, şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə—
-
üç manat miqdarında cərimə edilir.
149.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə—
-
on manat miqdarında cərimə edilir.
149.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə—
-
iyirmi manat miqdarında cərimə edilir.
149.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə—
-
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.
149.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə—
-
otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
149.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə—
-
otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 62, 119)
Dostları ilə paylaş: |
|
|