|
Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması
|
səhifə | 118/342 | tarix | 02.01.2022 | ölçüsü | 1,58 Mb. | | #11968 |
| Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması
158.1. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma qaydalarının pozulmasına görə—
-
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
158.2. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə—
-
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
158.3. Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə—
-
yüz manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir. (1, 102, 119)
Dostları ilə paylaş: |
|
|