Maddə 174. Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara; norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə—
-
xəbərdarlıq edilir və ya on manatdan otuz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 175. Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi və ya rabitə xidmətlərinin işə buraxılması
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə, yaxud rabitə xidmətlərinin işə buraxılmasına görə—
-
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz qırx manatadək miqdarda cərimə edilir. (1, 79, 119)
Dostları ilə paylaş: |