Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə—
-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinİN girovunun və digər girovun dövlət qeydiyyatına aLınması qaydalarının pozulmasına görə—
-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |