Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 28. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması



Yüklə 1,58 Mb.
səhifə16/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   12   13   14   15   16   17   18   19   ...   342
Maddə 28. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması

28.1. Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.

28.2. Nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilməz.

28.3. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 155.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 10 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.

28.4. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz. (102)

Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma

Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin