On doqquzuncu fəsil. Ticarət qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 224. Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)
Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə—
-
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 140)
Maddə 225. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması
225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur rejiminə əməl edilməməsinə görə—
225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə—
-
beş yüz manatdan min manatadək miqdarda cərimə edilir. (1, 119, 140)
Dostları ilə paylaş: |