Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi



Yüklə 1,58 Mb.
səhifə169/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   165   166   167   168   169   170   171   172   ...   342
Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi

Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə —

    • saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə edilir. (142)

Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə—

    • aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: bu maddədə «az miqdarda» dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. (26, 119)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin