Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 237. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı



Yüklə 1,58 Mb.
səhifə173/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   169   170   171   172   173   174   175   176   ...   342
Maddə 237. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı

Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə—



  • inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. (1, 119, 140)

Maddə 238. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması

238.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə-

238.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə-

  • fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir. (1, 93, 119, 135)

Maddə 238-1. Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı

Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatının satışına görə-

  • fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir. (93, 117, 119, 135)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin