Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması



Yüklə 1,58 Mb.
səhifə182/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   178   179   180   181   182   183   184   185   ...   342
Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması

İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə—

  • fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (46, 116, 119)

Maddə 253-2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların aparılmaması

Sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə—

    • vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (116, 119)

Maddə 253-3. Auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanmaması

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə—

  • vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər səksən manatdan yüz manatadək miqdarda cərimə edilir. (115, 117, 119)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin