Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması



Yüklə 1,58 Mb.
səhifə187/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   183   184   185   186   187   188   189   190   ...   342
Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması

Məcburi dövlət sosial sığortası qaydalarının mütəmadi olaraq pozulmasına görə -

    • fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir. (7, 67, 119)

257-3. Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması

Nəqliyyat vasitələrinin mülkiyyətçisi (istifadəçisi) tərəfindən sərnişinlərin icbari sığortası haqqında müqavilə bağlamadan hava, dəmir yolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) sərnişin daşımaları üzrə fəaliyyətin göstərilməsinə görə -

  • fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddənin məqsədləri üçün «fiziki və hüquqi şəxslər» dedikdə, sığorta etdirən (daşıyıcı) başa düşülür. (40, 116)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin