Maddə 269. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma
Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və digər üzən vasitələrin yan almasına görə—
Maddə 270. Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulması
Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi barədə qanunvericiliklə müəyyən edilməmiş iddialar irəli sürülməsinə, yaxud gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə—
-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 142)
Maddə 271. Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə aparılan qanunsuz əməliyyatlar, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi
Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş tələbləri və şərtləri pozmaqla aparılan əməliyyatlara və ya onların vəziyyətinin dəyişdirilməsinə, yaxud onlardan istifadə edilməsinə və onlar üzərində sərəncam verilməsinə görə—
-
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.
Maddə 272. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan aparılan yük əməliyyatları və digər əməliyyatlar
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümünələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə—
-
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 142)
Maddə 273. Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, məhv edilməsi, zədələnməsi və ya itirilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, zədələnməsinə və ya itirilməsinə görə—
-
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 142)
Dostları ilə paylaş: |