Maddə 283. Malların məhv edilməsi qaydasının pozulması
Malların məhv edilməsi qaydasının pozulmasına, yəni malların məhv edilməsi və ya onların məhv edilməsi nəticəsində yaranmış tullantıların müvafiq gömrük rejimi altında yerləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə—
Maddə 284. Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi
Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə onların gömrük rejiminə uyğun olmayan əməliyyatların aparılmasına, onların vəziyyətinin dəyişdirilməsinə, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə, yaxud gömrük rejiminin qanunvericiliklə müəyyən edilən digər məhdudiyyətlərinə, tələblərinə və şərtlərinə əməl edilməməsinə görə—
-
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.
Maddə 285. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən iqtisadi siyasət tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi
Barəsində qanunvericiliklə müəyyən edilən iqtisadi siyasət tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə—
-
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.
Dostları ilə paylaş: |