Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 308. Fahişəliklə məşğul olma



Yüklə 1,58 Mb.
səhifə219/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   215   216   217   218   219   220   221   222   ...   342
Maddə 308. Fahişəliklə məşğul olma

Fahişəliklə məşğul olmağa görə—



  • otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 8, 119)

Maddə 309. Qumar oyunu

Pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə—



  • oyun ləvazimatı, habelə qumara qoyulmuş pul, şey və başqa sərvətlər müsadirə edilməklə və ya edilməməklə on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (1, 119)

İyirmi üçüncü fəsil. İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 310. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama

310.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə—



  • fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

310.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə—

  • fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur. (1, 119)

Maddə 310-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə—

    • iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. (14, 119)

Maddə 310-2. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma

Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə—

  • inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə, iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir. (53, 119)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin