Maddə 319. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi
Ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə—
-
fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək miqdarda cərimə edilir. (1, 101, 119)
Dostları ilə paylaş: |