Maddə 323. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələbləri yerinə yetirməmə
323.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə —
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir;
323.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında səlahiyyətli vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş yazılı tələblərini yerinə yetirməməyə görə—
dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir. (1, 119, 140)