Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 375. Müdafiəçi və nümayəndə



Yüklə 1,58 Mb.
səhifə274/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   270   271   272   273   274   275   276   277   ...   342
Maddə 375. Müdafiəçi və nümayəndə

375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.

375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.

375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.

375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:

375.4.1. işin bütün materialları ilə tanış olmaq;

375.4.2. sübutlar təqdim etmək;

375.4.3. vəsatət və etirazlar vermək;

375.4.4. işin baxılmasında iştirak etmək;

375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.

375.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.

375.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyan edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. (49)




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin