Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 457. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması haqqında qərarın icrası



Yüklə 1,58 Mb.
səhifə340/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   334   335   336   337   338   339   340   341   342
Maddə 457. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması haqqında qərarın icrası

457.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər.

457.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

457.2-1. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra olunanadək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qərarın icrasından yayınma ehtimalı olduqda, həmin şəxs məhkəmənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan müəssisəsində saxlanıla bilər.

457.3. Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür.

457.4. Bu şəxslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya şəxsi işlə bağli olaraq Azərbaycan Respublikasına gələn əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə əlaqədar isə bu xərclərin ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.

457.5. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra edildikdən sonra çıxartma haqqında bu barədə müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. (126)




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin