Maddə 63. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxma mənbəyinin gizlədilməsi
63.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə—
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
63.2. HİV-lə yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub HİV-lə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə—
iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. (1, 114, 119)