Maddə 72. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması
Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə—
-
fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 73. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə
Lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə—
-
fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir. (1, 101, 119)
Maddə 74. Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulması
Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə—
-
xəbərdarlıq edilir və ya on beş manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |