Maddə 77. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması
77.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin görülməməsinə görə—
-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək miqdarda cərimə edilir.
77.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə—
-
fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir. (1, 101, 119)
Dostları ilə paylaş: |