Maddə 97. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə—
-
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək miqdarda cərimə edilir. (1, 101, 119)
Maddə 98. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya korlanması
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya korlanmasına görə—
-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir. (1, 101, 119)
Maddə 99. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə—
-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir. (1, 101, 119)
Dostları ilə paylaş: |