Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi



Yüklə 1,58 Mb.
səhifə72/342
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#11968
1   ...   68   69   70   71   72   73   74   75   ...   342
Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi

Meşə üçün faydalı faunanın məhv edilməsinə görə—



  • fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir. (1, 101, 119)

Maddə 101. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması

101.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;

101.1.2. su obyektlərinin özbaşına tutulmasına;

101.1.3. su obyektlərindən istifadə üzrə xüsusi razılıq (lisenziya) və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə—


  • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz yetmiş beş manatadək miqdarda cərimə edilir.

101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni:

101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;.

101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;

101.2.3. su kəmərlərindən, kanallardan özbaşına su götürülməsinə;

101.2.4. içməli məişət, texniki və tullantı sularını kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə—


  • fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   342




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin