Maddə 134. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə—
yüz manat miqdarında cərimə edilir.
Maddə 135. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
135.1. Dəmir yolunun, qoruyucu meşəliklərin, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə—
-
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda cərimə edilir.
135.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə—
-
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.
135.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |