Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə—
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: bu maddədə «az miqdarda» dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. (26, 119)