Maddə 274. Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması
Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulmasına, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə—
-
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 142)
Dostları ilə paylaş: |