Maddə 276. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin, həmin nəzarətin həyata keçirilməsi üçün zəruri sənədlərin ola biləcəyi binaya və ya əraziyə, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunmuş fəaliyyətin həyata keçirildiyi binaya və əraziyə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmasına maneçilik törədilməsinə görə—
Maddə 277. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edilməməsi və ya uçot aparılması qaydasına riayət edilməməsi
Gömrük nəzarəti altında olan, yaxud sərbəst gömrük zonalarının ərazilərinə və sərbəst anbarlara gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat verilməməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə—
Dostları ilə paylaş: |