Maddə 290. Gömrük ödənişlərinin ödənilməsindən yayınma
Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə, bu, az miqdarda olduqda-
-
ödənilməli olan gömrük ödanişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.
Maddə 291. Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclər və digər müavinətlər alınmasına, yaxud müvafiq əsaslar olmadan onların qaytarılmamasına yönəlmiş hərəkətlər
Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclərin və digər müavinətlərin alınmasına və ya qanunvericiliklə müəyyən olunmuş əsaslar olmadan onların qaytarılmamasına, yaxud tam olmayan həcmdə qaytarılmasına hüquq verən və özündə doğru olmayan məlumatları əks etdirən sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə görə—
-
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.
Dostları ilə paylaş: |