Maddə 324. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma
324.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik edilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud bu orqanların vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri tələbnamələrin (qərarların) yerinə yetirilməməsinə görə—
324.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, emitent, yaxud özü-özünü tənzimləyən təşkilat tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə—
vəzifəli şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)