Maddə 324-6. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsi və silinməsi qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə —
-
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. ( (125)
Maddə 325. Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsinə görə—
-
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |