Maddə 341-2. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydalarının pozulması
Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə —
fiziki şəxslər on manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir. (130)
Maddə 342. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə edilməsi
Hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsi, dinc dövrdə Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsi—