Maddə 89. Mərz nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə—
-
on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 90. Torpaq sahələrindən meteoroloji şəbəkələrin, ölçü vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi
90.1. Torpaq sahələrindən meteoroloji şəbəkələrin və ölçü vasitələrinin, geodeziya istinad məntəqələrinin və ya melioriasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə—
-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.
90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə—
90.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə—
-
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər. (1, 101, 105, 119)
Dostları ilə paylaş: |