Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


On doqquzuncu fəsil. Ticarət qaydaları əleyhinə olan inzibati xətalar



Yüklə 2,2 Mb.
səhifə118/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   114   115   116   117   118   119   120   121   ...   255
On doqquzuncu fəsil. Ticarət qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 224. Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)

Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə—



  • inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 140)

Maddə 225. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması

225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur rejiminə əməl edilməməsinə görə—



  • beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.

225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə edilir. (1, 119, 140)

Maddə 226. Qiymət intizamının pozulması

226.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə—

  • səkkiz yüz manatdan min manatadək miqdarda cərimə edilir.

226.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə—

  • min yüz manatdan min altı yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 67, 119, 140)

Maddə 227. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması

Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə—



  • fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 140)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin