Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi



Yüklə 2,2 Mb.
səhifə120/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   116   117   118   119   120   121   122   123   ...   255
Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi

Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə —

    • saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə edilir. (142)

Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə—

    • aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: bu maddədə «az miqdarda» dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. (26, 119)

Maddə 230. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması

230.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə—



  • yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

230.2. aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə

  • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (1, 95, 114, 119)

Maddə 231. İstehlakçıları aldatma

Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu, az miqdarda olduqda-



  • vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə «az miqdarda olduqda» dedikdə, qırx manatadək olan məbləğ olan miqdarı başa düşülür. (1, 119, 140)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin