Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi
Banklar və digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə—
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.
Maddə 293. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalı
İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalına görə—
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir. (26)
Dostları ilə paylaş: |