Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 293-1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi



Yüklə 2,2 Mb.
səhifə137/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   133   134   135   136   137   138   139   140   ...   255
Maddə 293-1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə—

    • aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Qeyd: bu maddədə «az miqdarda» dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. (26, 119, 142)

Maddə 294. Gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsi va ya bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması

294.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsinə görə—



  • üç yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

294.2. Gömrük brokeri və ya onun işçilərinin qanunla mühafizə edilən sirrlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə—

  • vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 142)

Maddə 295. Gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyətin şərtlərinin pozulması

295.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə—



  • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

295.2. Gömrük daşıyıcısı və ya onun işçilərinin qanunvericiliklə mühafizə edilən sirrlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etməsinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük daşıyıcısı kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilən digər şərtlərinin pozulmasına görə—

  • vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 142)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin