Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 398. İnzibati qaydada tutma



Yüklə 2,2 Mb.
səhifə205/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   201   202   203   204   205   206   207   208   ...   255
Maddə 398. İnzibati qaydada tutma

398.1. İnzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər. İnzibati qaydada tutma aşağıda göstərilən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata keçirilir:

398.1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmadıqda, şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə, avaralıqla məşğul olduqda, ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qeydiyyatsız yaşadıqda və ya qanunsuz qaldıqda; (km1)

398.1.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;

398.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi - mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;

398.1.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya başqa şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;

398.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri - fövqəladə vəziyyət rejimi pozulduqda;

398.1.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri — əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda.

398.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır. (42, 55, 97, 126, 151)




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin