Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 408. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi



Yüklə 2,2 Mb.
səhifə215/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   211   212   213   214   215   216   217   218   ...   255
Maddə 408. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi

Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri, və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. (30)



V bölmə. İnzibati xətalar haqqında işlər üzrə icraatın mərhələləri

Otuz birinci fəsil. İnzibati xətalar haqqında işlər üzrə icraata başlama

Maddə 409. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər və əsas

409.1. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:

409.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi;

409.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya yerli özünüidarəetmə orqanlarından, ictimai birliklərdən materialların daxil olması;

409.1.3. fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən məlumatlar, onların ərizələri, habelə kütləvi informasiya vasitələrində elan olunmuş məlumatlar.

409.2. Materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır.

409.3. Bu Məcəllənin 409.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

409.4. İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir:

409.4.1. bu Məcəllənin 396-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə;

409.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə;

409.4.3. inzibati xəta haqqında iş üzrə icraatın inzibati araşdırılması zəruri hesab edildiyi hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə.

409.5. Bu Məcəllənin 409.1.2-ci və 409.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlamasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir.

409.6. İnzibati xəta haqqında işin başlamasının rədd edilməsi haqqında qərardadın surəti materialları, məlumatları və ərizələri vermiş şəxslərə göndərilir. (105, 162)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin