Otuz üçüncü fəsil. İnzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması
Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ
430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
430.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;
430.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;
430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. (102)
Dostları ilə paylaş: |