Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu, az miqdarda ziyan vurduqda —
pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 50, 50-1, 50-2-ci və 50-3-cü maddələrində «az miqdarda ziyan vurduqda» dedikdə, min manatadək olan məbləğ olan miqdarı başa düşülür. (1, 27, 35, 54, 119, 132)
Maddə 50-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması
Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya sürətinin başqa şəkildə çıxarılması, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsi, gətirilməsi, satış üçün təklif edilməsi, satılması, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda—
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 27, 119)
Dostları ilə paylaş: |