Maddə 68-5. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması
Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına, etiketi üzərində istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməyən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının Azərbaycan Respublikasında satışa çıxarılmasına görə —
fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. (139)