|
Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması
|
səhifə | 75/255 | tarix | 10.01.2022 | ölçüsü | 2,2 Mb. | | #108092 |
| Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması
150.1. Trolleybusda, tramvayda, şəhər və şəhərətrafı avtobusda, marşrut taksisində sərnişinlərin biletsiz aparılmasına görə—
beş manatdan on beş manatadək miqdarda cərimə edilir.
150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə—
on beş manat miqdarında cərimə edilir.
150.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə—
otuz manat miqdarında cərimə edilir.
150.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə—
beş manatdan on manatadək miqdarda cərimə edilir.
150.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə—
on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
150.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə—
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 66, 119)
Dostları ilə paylaş: |
|
|